İranda korrupsiya əleyhinə ETİRAZLAR ARTIR: “RUHANİYƏ ÖLÜM”

29-12-2017, 10:17           
İranda korrupsiya əleyhinə ETİRAZLAR ARTIR: “RUHANİYƏ ÖLÜM”
İranda korrupsiya əleyhinə nümayişlərdə Məşhəd xalqı küçələrə tökülüb. Mitinqlər zamanı Ruhaniyə ölüm şüarları səsləndirilib.

İranın Xorasan əyalətinin bir çox iri şəhərində xalq iqtisadi çətinlik, işsizlik və bahalığa qarşı üsyan qaldırmağa başlayıb.
Məşhəddə yüzlərlə adam küçəyə çıxaraq etiraz edib. İranın lideri Xameneyinin Məşhəd nümayəndəsi Cümə imamı İlmulhuda verdiyi bəyanatda, "Bu gün xalqın yaşayış tərzi və iqtisadi vəziyyəti qarşısında xəcalət və utanırıq" deyib.
Getdikcə böyüyən nümayişlərdə xalq, "Ruhaniyə Ölüm"!, "Suriyanı qoy, bizim halımızı düşün", "İslamı alət edib, xalqı zəlil etdiniz", "Nə Qəzza, nə Livan, canım fəda, ey İran" şüarları səsləndirərək etirazlarını bildiriblər.
Qeyd edək ki, ölkədə davam edən korrupsiya iddialarına keçmiş prezident Əhmedinejad da daxil olmuş və hökuməti sənədləri açıqlamaqla təhdid etmişdi.
İran hökuməti isə Əhmədineyada məhkəmə ilə cavab verəcəklərini açıqlamışdı.
Müxalifət.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.