İŞİD İraqda əks hücumlara başlayıb

29-12-2017, 17:39           
İŞİD İraqda əks hücumlara başlayıb
İŞİD terror qruplaşması İraqda əks hücumlara başlayıb.

APA-nın xəbərinə görə, bu barədə “Telegram” sosial şəbəkəsində terrorçuların fəaliyyətini işıqlandıran “Directorate 4” kanalı məlumat yayıb.

Bildirilir ki, terrorçular Kərkük və Havica şəhərlərindəki bir sıra yaşayış məntəqələrini ələ keçirib və peşmərgənin (kürd qüvvələri) Kərkük və Tuzxurmatudakı mövqelərinə hücum ediblər. Sammar şəhərindən cənubda da İŞİD-in hücumları barədə məlumat verilir.

Son məlumata görə, İŞİD-lə toqquşmalarda yerli dəstələrin 70-ə yaxın döyüşçüsü öldürülüb və yaralılar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru