Deputat oğlunun gözü qarşısında güllələndi

29-12-2017, 23:03           

Meksikada Demokratik İnqilab Partiyasının əyalət məclisinin üzvü Saul Qalindo sui-qəsd nəticəsində öldürülüb.

Teleqraf.com-un məlumatına görə, əyalət prokurorluğundan verilən açıqlamada qeyd edilib ki, o, bir zamanlar bələdiyyə sədri olduğu Tomatlan qəsəbəsində silahlı hücuma məruz qalaraq öldürülüb.

Açıqlamada əlavə edilib ki, Əyalət Məclisində komissiya rəhbəri olan Qalindonu şəxsiyyəti bilinməyən 6 nəfər avtomobilindən düşürərək oğlunun gözləri qarşısında öldürülüb.

Partiyanın Jalisko əyalət rəhbəri Viktor Prado bəyan edib ki, Qalindo növbəti seçkilərdə bələdiyyə başqanlığına namizəd olmaq niyyətini açıqlamışdı.

Qeyd edək ki, Qalindo bir həftə içində Meksikada öldürülən ikinci siyasətçidir. Dekabrın 24-də Salvador Moqanada bıçaqlanaraq öldürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.