Lukaşenkodan Ukrayna bəyanatı: "Biz həm də qohumuq..."

30-12-2017, 12:20           

Çox istərdim qardaş Ukraynada müharibə tezliklə qurtarsın, oradakılar da insan kimi yaşamağa başlasınlar. Mənim üçün bu, çox vacib məsələdir.

Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Belarusiya Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, Ukrayna və onun xalqı belaruslara doğmadır:

"Bu, çox zəhmətsevər xalqdır, bunu gənclik illərimdən bilirəm. Mən Qərbi Ukraynada hərbi xidmət keçmişəm. Qərbi ukrayanlıları yaxşı tanıyıram. Çox zəhmətkeş, mədəni insanlardır, sadəcə, onlarla danışığa gəlməyi bacarmaq lazımdır".

Prezident onu da qeyd edib ki, belarus və ukraynalılar təkcə qonşu yox, qohum və qardaş xalqlardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.