Məhkəmənin komik qərarı: 13 min 275 il həbs.

30-12-2017, 23:17           
Məhkəmənin komik qərarı: 13 min 275 il həbs.
Tailandda vətəndaşlardan biri müxtəlif investorlara qarşı dələduzluq etdiyi üçün məhkəmə tərəfindən 13 min 275 il müddətinə həbs cəzasına məhkum edilib.

Axar.az xəbər verir ki, 34 yaşlı Pudit Kittihradilok ölkənin müxtəlif şəhərlərində seminarlar təşkil edərək insanları daşınmaz əmlak, bahalı avtomobillər, gözəllik məhsulları və s.-yə investisiya qoymağa təşviq edib.

40 mindən çox insanın saxta şirkət hesablarına 160 milyon dollar vəsait yerləşdirdiyi məlum olub.

Avqust ayında yaxalanan Kittihradilok günahını etiraf edib və nəticədə cəzasının 6 min 637 ili silinib.

Bundan sonra onun cəzası 13 min 275 il olaraq müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru