İrandakı etirazların ilk nəticəsi: "Telegram" və "Instagram" bağlandI

31-12-2017, 22:17           

İran hakimiyyəti bunun ölkədə qayda-qanuni təmin etməyə yardımçı olacağını bəyan edib

İran hakimiyyəti hökumət əleyhinə keçirilən aksiyalar fonunda "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağlayıb.

APA-nın məlumatına görə, bu barədə İranın IRIB Dövlət Televiziyası məlumat yayıb.

İran hakimiyyəti bunun ölkədə qayda-qanuni təmin etməyə yardımçı olacağını bəyan edib.

"Telegram"-ın bağlandığını onun yaradıcısı Pavel Durov da təsdiqləyib. P. Durov deyib ki, İran hakimiyyəti messencer administrasiyasından aksiya iştirakçılarının informasiya mübadiləsi məqsədi ilə istifadə etdikləri bir neçə "Telegram" kanalının bağlanmasını istəyib. Ancaq bu istəyi qəbul edilməyən İran hakimiyyəti ümumiyyətlə, "Telegram"-a girişi bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru