Dünyanın ən böyük 5-ci almazı tapıldı

16-01-2018, 09:01           

Cənubi Afrika ölkəsi olan Lesotonun Lestenq mədənində dünyanın ən böyük 5-ci almazı tapılıb.

Axar.az xəbər verir ki, almazı İngiltərənin “Gem Daymonds” şirkəti aşkar edib.

Almazın 910 karat və 40 milyon dollar dəyərində olduğunu deyilir.

Mediaya açıqlama verən şirkət rəhbəri Klifford Elfik tapılan almazın ən şəffaf növdən olduğunu və “D” sinfinə aid edildiyini bildirib:

“2006-cı ildə 603 karatlıq, 2015-ci ildə isə 357 karatlıq almaz tapmışdıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.