Məhbusların menyusundan kabab çıxarılıb - ETİRAZ

18-01-2018, 01:17           

Paytaxt həbsxanalarında məhbuslara verilən kompleks menyudan bəzi yeməklər çıxarılıb. Bu isə məhbusların narazılığına səbəb olub.

Cebhe.info xəbər verir ki, Rusiya paytaxtı Moskvada məhbuslar bu şikayətlə hüquq müdafiəçilərinə müraciət ediblər. Hüquq müdafiəçilərinin sözlərinə görə, əvvəllər kompleks naharda zövqə görə yeməklər sifariş etmək mümkün olurdu. Bura tort, kökə, pelmeni, kabab daxil idi. İndi isə bu imkan tamamilə istisna edilib.

Moskva üzrə İctimai Nəzarət Komissiyasının üzvü Pavel Pyatnitski bildirib ki, əvvəl 6 şorbadan seçim imkanı verilirdi ki, onlardan da ikisi vegeterianlar üçün nəzərdə tutulurdu. İndi isə çeşid 2-yə endirilib, ikinci yeməklər arasında seçim isə demək olar qalmayıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, həbsxanalarda bir çoxları mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkir, yaxud dini baxışlarına görə hansısa ərzaqdan istifadə etmirlər: “Buna görə də həbsxanalarda seçim imkanı geniş olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru