"Sputnik" və "Rusiya Tudey"in (RT) Baş redaktoru Marqarita Simonyan ABŞ Senatında Rusiyanın RT üzərindən dünya miqyasında kütlələrə nüfuz etməsi barədə səslənən fikirlərə münasibət bildirib.
Axar.az xəbər verir ki, Simonyan Senatda RT barədə danışan Federal Təhqiqatlar Bürosunun keçmiş agenti Klint Vottsa belə cavab verib: "Hər hansı bir dildə kanal açanda ABŞ Senatında bu dili danışan kütləyə xitab etmək istədiyimizi deyirlər".
Qeyd edək ki, ABŞ Senatında FTB-nın keçmiş agenti K.Votts Rusiyanın "Sputnik"ə yeni dil əlavə edərək, yaxud Yutubda fərqli bir dildə RT kanalı açaraq, növbəti kampaniya üçün zəmin hazırladığını bildirib.