Saakaşvili: “Kiyev məni Polşaya deportasiya etməyi qərara alıb”

11-02-2018, 10:55           

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili rəsmi Kiyevin onu Polşaya deportasiya etmək qərarı verdiyini bildirib. APA-nın xəbərinə görə, M.Saakaşvili bu barədə “Rustavi-2” telekanalına müsahibəsində bildirib.



“Ukrayna Prokurorluğu məni ölkədən deportasiya etmək üçün ev dustaqlığıma xitam verib. Məlumatıma görə, Ukrayna Miqrasiya Xidməti mənim deportasiya olunmağıma dair sənədlər paketini artıq imzalayıb. Daha doğrusu, söhbət readmissiyadan gedir – Ukraynaya haradan daxil olmuşamsa, həmin ölkəyə qaytarmaq istəyirlər, yəni Polşaya”, - deyə M.Saakaşvili qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru