Nigeriyada prezidentin danışıqlarından sonra 13 nəfər "Boko Haram" girovluğundan azad olunub

11-02-2018, 10:59           
Nigeriyada prezidentin danışıqlarından sonra 13 nəfər "Boko Haram" girovluğundan azad olunub
"Boko Haram" qruplaşmasının silahlıları hakimiyyət orqanları ilə danışıqlardan sonra Nigeriyada oğurlanmış 13 nəfəri girovluqdan azad ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezident Məhəmməd Buhari administrasiyasından məlumat verilib.

Bildirilir ki, onlardan 3-ü Mayduquri Universitetinin mühazirəçiləridir. Həmin şəxslər Borno ştatında azad olunublar. Onlarla yanaşı, silahlıların Damboada polis konvoyuna hücumu zamanı oğurlanmış daha 10 qadın da girovluqdan azad olunub.

Girovların azad edilməsi prezidentin silahlılarla apardığı danışıqların bir neçə mərhələsindən sonra mümkün olub. Danışıqların aparılmasına Beynəlxalq Qırmızı Xaç Komitəsi də yardım göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru