ABŞ-ın yeni nüvə raketi ortaya çıxdı - Video

11-02-2018, 12:48           

ABŞ-da yük maşını ilə aparılan qəribə predmetin yayılan görüntüləri ölkədə böyük marağa səbəb olub.

Axar.az xəbər verir ki, görüntülər Nevada şəhəri ərazisində “Sore Finger” yolunda çəkilib.

Polislərin müşayiəti ilə irəliləyən yük maşınının daşıdığı qəribə predmetin nüvə başlığına sahib raket olması və 51-ci zona istiqamətində hərəkət etdiyi bildirilib.

“Bu, nüvə başlıqlı raketdir? Biz “Sore Finger” şosesi ilə hərəkət edirdik və mən nüvə başlığını 51-ci zona istiqamətində apardıqlarını çəkdim” , - görüntüləri qeydə alan şəxs deyib.

Qeyd edək ki, ABŞ-da 51-ci zona girişi qadağan olunmuş hərbi obyektlər, UNO-lar üzərində tədqiqat aparılması və.s fərziyyələrlə tanınır.
[media=https://www.youtube.com/watch?v=M8uJ7qkgK5w]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru