Putin təyyarə qəzası ilə əlaqədar başsağlığı verib - Xususi komissiya yaradılacaq

11-02-2018, 20:17           
Putin təyyarə qəzası ilə əlaqədar başsağlığı verib - Xususi komissiya yaradılacaq
Vladimir Putin Moskva vilayətində An-148 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı göndərib.
Metbuat.az xəbər verir ki, Rusiya prezidenti qəzanın araşdırılması üzrə komissiyanın yaradılması əmrini verib.

Putinin mətbuat katibi Dmitri Peskov: "Prezident Moskva vilayətində təyyarə qəzası ilə bağlı xüsusi komissiyanın yaradılmasını hökumətə tapşırıb".

Qeyd edək ki, bu gün günorta saatlarında Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb və 65-i sərnişin, 6-sı ekipaj üzvü olmaqla 71 nəfərin həlak olduğu bildirilir.Metbuat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru