İsrail İrana qarşı HÜCUMA HAZIRLAŞIR

11-02-2018, 23:50           
İsrail İrana qarşı HÜCUMA HAZIRLAŞIR

İsrail ordusu Suriya sərhədində “Dəmir Qübbə” adlı hava hücumundan müdafiə sistemləri yerləşdirməyə başlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İsrailin “Reşet14” telekanalı məlumat yayıb.
Həmçinin hazırda Suriya-İsrail sərhədində nisbi stabilliyin olduğu da qeyd edilib.
Xatırladaq ki, ötən gün Suriya İsrailə məxsus bir neçə qırıcını vurduğunu bəyan edib. İsrail isə yalnız bir F-16-nın vurulduğunu, pilotun sağ qaldığını təsdiqləyib.
Bunun ardınca isə İsrail ordusu Suriyanın hava hücumundan müdafiə sistemlərini və İrana məxsus 4 hədəfi məhv edib. İran tərəfi isə bu məlumatı təkzib edərək, İsraili yalan məlumat yaymaqda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru