Moskvada tanınmış azərbaycanlı iş adamının qohumu qətlə yetirilib

12-02-2018, 08:53           

Rusiya paytaxtında azərbaycanlı gənc qətlə yetirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi fevralın 9-da baş verib. 25 yaşlı Ruhin Rəhimov naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun küt alətlə qətlə yetirildiyi bildirilib.



Mərhumun cəsədi Bakıya göndərilib. Artıq dəfn olunub.



Qeyd edək ki, Ruhin Rəhimov tanınmış azərbaycanlı iş adamı, hüquq elmləri doktoru İlham Rəhimovun yaxın qohumu, əmisinin nəvəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru