ABŞ-da kollecdə silahlı insident baş verib

17-02-2018, 00:16           
ABŞ-da kollecdə silahlı insident baş verib
ABŞ-ın Sietl şəhəri (Vaşinqton ştatı) yaxınlığında “Highline” kollecində atışma olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin kollec ərazisindəki yataqxanada qeydə alındığı bildirilir.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Qeyd edək ki, fevralın 14-də Florida ştatının Parkland şəhərində məktəbə edilən hücum nəticəsində 17 nəfər həyatını itirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.