Aborta etdirdi, 15 il həbsxanada yatdı

14-03-2018, 22:10           

El Salvadorda abort etdirdiyi üçün həbs edilən qadın 15 il sonra azadlığa çıxıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Maira Veronika Fiqueroa Marroquin adlı qadına verilən 30 illik cəza yüngülləşdiriləndən sonra o, azadlığa çıxıb.

Maira Veronika uşağının 2003-cü ildə xidmətçi kimi işlədiyi evdə ölü doğulduğunu iddia edirdi, lakin qadın xəstəxanaya aparılandan sonra abort ittihamı ilə həbs edilmişdi. O, paytaxt San Salvadorda yerləşən İlopanqo həbsxanasından çıxan zaman ailə üzvləri, jurnalistlər və insan haqqları müdafiəçiləri tərəfindən qarşılanıb.

Qeyd edək ki, El Salvadorda abort qadağandır. Abort etdirən şəxsləri 8-30 il həbs gözləyir. Abort etdirmək üçün həkimə müraciət edən qadınlar barədə polisə xəbər vermək mütləqdir, əks halda həkimlər də uzun illər azadlıqdan məhrum edilə bilərlər.

2000-ci ildən bu günə qədər 100 qadın bu ittihamla həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru