İsrail ən aparıcı silah şirkətini satdı

15-03-2018, 01:56           

İsrail dövlət mülkiyyətində olan IMI Systems şirkətini Elbit Systems şirkətinə yarım milyard dollar satır.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İsrail Maliyyə Nazirliyinin martın 11-də verdiyi məlumata görə, Elbit şirkəti, Uzi tapançalarının istehsalçısı və Türkiyədə M-60 tanklarının Kayseridəki modernizasiyası ilə məşğul olan IMI Systemsi almaq üçün 522 milyon dollar ödəyəcək. Nazirlik razılaşma başa çatdıqdan sonra heç bir məlumat verməyib.

Qeyd edək ki, IMI Systems şirkəti İsrail silah sənayesinin aparıcı 6 şirkəti (İsrail hərbi sənayesini “Aeronautics Defence Systems”, “Elbit Systems”, Israel Military Industries (IMI), Israel Aerospace Industries (IAI), Israel Weapon Industries (IWI) və “Rafael” şirkətləri) sırasına daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.