Polis sərt müdaxiləyə başladı: Paşinyan saxlanıldı - Canlı

22-04-2018, 13:20           

Ermənistan polisi müxalifətin dinc aksiyalarına qarşı müdaxiləyə başlayıb.

Axar.az xəbər verir ki, Erebuni rayonu ərazisində nümayişçilərin qarşısı kəsilib və aksiyalara rəhbərlik edən Nikol Paşinyan saxlanılıb.

Paşinyanın saxlanması zamanı xüsusi vasitələr tətbiq olunub.

Paşinyanın ardında aksiyalara başçılıq edən Mikayılyan da saxlanılıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.

Qeyd edək ki, cəmi bir neçə saat əvvəl Paşinyanla baş nazir Serj Sərkisyan arasında İrəvanın "Marriot" otelində keçirilən görüş nəticəsiz başa çatmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru