Canlı yayımda inanılmaz dava: Müfti aktivist qadınları döydü - VİDEO

21-07-2018, 08:35           
Canlı yayımda inanılmaz dava: Müfti aktivist qadınları döydü - VİDEO
Hindistanda canlı yayım zamanı inanılmaz hadisə baş verib. Hindli müsəlman bir müfti canlı yayım zamanı qadın haqları aktivistlərinə hücum edib.

Publika.az xəbər verir ki, davaya səbəb şəriət hüququnun müasir ailələr və qadın haqları üzərində təsiri mövzusunda mübahisə olub.

Mübahisə qızışıb və əsəbinə hakim ola bilməyən qadın aktivist müftiyə şillə vurub.

Bundan sonra müfti əsəbiləşib və qadını vurmağa başlayıb. Proqramın aparıcısının və digər qonaqların araya girməsiylə dava sakitləşdirilib.

Hadisədən sonra müfti saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru