İçində 700 adam olan gəmi batdı

19-04-2015, 21:29           
İçində 700 adam olan gəmi batdı
Liviya sahillərində göyərtəsində 700 miqrant olan gəmi batıb.

APA-nın “The Times of Malta” nəşrinə istinadən verdiyi məlumata görə, miqrantlardan yalnız 28-i xilas ola bilib, qalanlarının isə öldüyü ehtimal edilir.

Gəmi aprelin 18-dən 19-a keçən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda batıb.

Axtarış-xilasetmə əməliyyatlarında İtaliya və Malta gəmiləri, habelə vertolyotlar iştirak edir.

“Agence France-Presse” yazır ki, qalan şəxslərin öldüyü təsdiqlənsə, bu, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası olacaq.

Qeyd edək ki, bu həftə Aralıq dənizində daha iki gəmi qəzası baş verib. Qeyri-leqal miqrantları daşıyan hər iki gəmi Liviyadan İtaliya istiqamətində üzərkən baş verib. Aprelin 14-də baş verən qəzada 400, aprelin 16-da baş verən faciədə isə 41 miqrant ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru