Rusiyanın ABŞ sanksiyalarından itirdiyi pul hesablandı

21-08-2018, 20:08           
Rusiyanın ABŞ sanksiyalarından itirdiyi pul hesablandı
ABŞ-ın sanksiyaları nəticəsində Rusiyanın yüz milyonlarla dollarlıq aktivləri bloklanıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin hesabatında deyilir.

Sənəddə vurğulanır ki, 2017-ci ildən Tramp administrasiyası Rusiya ilə əlaqəli olan 215 vətəndaşa və təşkilatlara qarşı sanksiya tətbiq edib. Onlardan 136-sı Rusiya-Ukrayna münaqişəsinə aid sanksiyalara məruz qalıb.

Bildirilir ki, nəticədə yüz milyonlarla dollarlıq Rusiya aktivləri bloklanıb, sanksiyalara məruz qalan şəxslərin iqtisadi maraqları böyük zərər görüb.

Qeyd edək ki, aprel ayında “Reuters”in mənbələri rusiyalı oliqarx Viktor Vekselberqə məxsus “Renova” şirkətinin 1,5-2 milyard dollarlıq aktivlərinin ABŞ sanksiyalarına görə “dondurulduğu”nu bəyan ediblər.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru