Yunanıstanda güclü partlayış olub

22-08-2018, 10:39           
Yunanıstanda güclü partlayış olub
Yunanıstanın Pirey şəhərində vəkil kontorunun qarşısında güclü partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində qonşu binalara, eləcə də yaxınlıqda park edilmiş avtomobillərə zərər dəyib.

Şahidlərin sözlərinə görə, partlayışdan az əvvəl - yerli vaxtla gecə saat 2-də binanın qarşısında avtomobil dayanıb, ondan çıxan şəxs kontorun qarşısına nəsə qoyaraq avtomobilinə minib və oradan uzaqlaşıb. Bundan sonra partlayış baş verib.

Qeyd edək ki, partlayış dəniz hüququ ilə bağlı işlərlə məşğul olan vəkil Qriqorios Timagenisin ofisinin qarşısında baş verib. O, Yunanıstan Dəniz Ticarət Palatasının və Beynəlxalq Ticarət Palatasının arbitrajında hakimdir.

Polis faktla bağlı araşdırmaya başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru