Əfqanıstanın baş naziri NATO kontingentinin rəhbəri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

26-08-2018, 09:18           
Əfqanıstanın baş naziri NATO kontingentinin rəhbəri ilə təhlükəsizlik məsələlərini müzakirə edib
Əfqanıstanın baş naziri Abdulla Abdulla və NATO-nun Əfqanıstandakı kontingentinin rəhbəri ABŞ generalı Con Nikolson arasında görüş keçirilib.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın baş naziri Abdulla Abdulla öz Twitter səhifəsində yazıb.

Baş nazir bildirib: "Bu gün axşam mənim Əfqanıstanda kontingentin və "Qətiyyətli dəstək" əməliyyatının başçısı general Con Nikolson ilə konstruktiv görüşüm olub. Biz təhlükəsizliyi, ölkədəki hərbi hadisələri və terror qruplaşmaları ilə səmərəli və məhsuldar mübarizə yollarını müzakirə etdik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.