İranda güclü zəlzələ: 3 ölü, 310 yaralı/Yeni

26-08-2018, 17:57           
İranda güclü zəlzələ: 3 ölü, 310 yaralı/Yeni
İranda baş vermiş zəlzələ zamanı ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə "IRIB" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı daha 310 nəfər xəsarət alıb. Zəlzələ səbəbindən Kermanşah vilayətinin 8 kəndi elektrik enerjisindən məhrum olub.

09.22

İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı azı 232 nəfər yaralanıb. Məlumata görə, zəlzələ zamanı 1 nəfər həyatını itirib.

08.18

İranda 6,1 gücündə zəlzələ baş verib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, zəlzələnin ocağı 10 km dərinlikdə qeydə alınıb.

ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kirmanşahdan 87,8 aralıda baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və ziyan barədə məlumat yoxdur.

Zəlzələ nəticəsində 1 nəfər ölüb, 60 nəfərə yaxın şəxs xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru