ABŞ-da paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb

27-08-2018, 07:42           
ABŞ-da paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb
ABŞ-ın Corciya ştatının şərqində təyyarə qəzası zamanı Belarusdan olan Amerika hərbçisi də daxil olmaqla 4 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, kiçik təyyarə şənbə günü Svaynsboro şəhəri yaxınlığındakı aerodromun yay sahəsinə düşüb. Onun göyərtəsində pilotla yanaşı 5 nəfər olub. Qəza zamanı 4 nəfər ölüb, 1-i xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında ABŞ ordusunun (quru qoşunları) "Golden Knights" paraşüt dəstəsinin serjanı Aleksandr Baxrittseviç də olub.

Qəzanın səbəbləri hələ ki, müəyyən edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru