Amerika qaçqın qəbulu ilə bağlı limiti azaltdı: 30 min

19-09-2018, 08:22           
Amerika qaçqın qəbulu ilə bağlı limiti azaltdı: 30 min
Amerika Birləşmiş Ştatları (ABŞ) hələ də dünyada qaçqınlara münasibətdə ən səxavətli ölkələrdən biri olmaqda davam edir. Lakin Trump hakimiyyətə gəldikdən sonra ölkədə qaçqınların qəbulu kəskin şəkildə azalıb. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət gösrətən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib.

Belə ki, ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeoya bildirib ki, 2019-cu maliyyə ili üçün maksimim 30 min qaçqın qəbul edilməsi nəzərdə tutulub. Pompeonin sözlərinə görə, sığınacaq üçün yüz minlərlə müraciət müvafiq səlahiyyətli orqanların işini ağırlaşdırıb.

“Bundan başqa, hökumət potensial cinayətin və ya terrorun ölkəyə daxil olmaması üçün diqqətli olmalı, bu kimi halların qarşısının alınmasına çalışmalı və qaçqınların sayı azaldılmalıdır” deyə nazir vurğulayıb.

“Leqat” hesab edir ki, qaçqınların sayının azaldılması Amerika prezidenti Donald Trumpun ciddi immiqrasiya siyasətinin bir hissəsidir. Barak Obamanın hakimiyyəti müddətində 2017-ci maliyyə ili üçün 110 min nəfər yuxarı hədd səviyyəsində qaçqın qəbul edilməsi planlaşdırılsa da, həmin plan icra olunmadı və dəyişdirildi.

Qeyd edək ki, Mayk Pompeo əvvəllər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olub, onu mühafizəkar mövqeyinə görə Trumpla müqayisə edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.