Ciyələklərin içinə iynə qoyanlar üçün 100 min dollar mükafat ayrıldı – Avstraliyada

19-09-2018, 08:26           
Ciyələklərin içinə iynə qoyanlar üçün 100 min dollar mükafat ayrıldı  – Avstraliyada
Avstraliyada meyvələrin içindən tikiş iynəsi çıxması faktları artıb. AzEuroNews.com xəbər verir ki, indiyə kimi ölkənin 6 əyalətində mağazadan alınan çiyələklərdə və bananlarön içindən tikiş iynəsi çıxıb.

Ötən gün isə, Sidneydə mağazadan alınan almanın içindən tikiş iynəsinin çıxması ilə bağlı polisə məlumat daxil olub. Belə ki, bir qadının qızına soyduğu almanın içindən tikiş iynəsi çıxıb. O bununla bağlı dərhal polisə məlumat verib.

Artıq polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Meyvələrin içindən iynə çıxması hallarının artması əyalət başqanlarını da hərəkətə keçirib.

Belə ki, Avstraliyanın Kvinslend əyalətində meyvələrin içinə iynə qoyanın tapılması üçün hüquq-mühafizə orqanlarına kömək edəcək şəxslərə 100 min dollar pul mükafatı ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru