Tramp Rusiya təyyarəsinin vurulması haqda

19-09-2018, 12:46           
Tramp Rusiya təyyarəsinin vurulması haqda
ABŞ prezidenti Donald Tramp Rusiyanın İl-20 təyyarəsinin Suriyada vurulmasını “kədərli hadisə” adlandırıb.

Xəbəri RİA Novosti yayıb.

“Mən bu insidentlə bağlı bir az əvvəl məlumat aldım. Mənim üçün bu, belə görünür: fakta söykənsək, təyyarəni Suriyanın vurduğunu deyə bilərik”, - deyə Tramp Polşa prezidenti Ancey Duda ilə birlikdə Vaşinqtonda keçirilən mətbuat konfransında bəyan edib.

O bildirib ki, qəza zamanı azı 14 rusiyalı hərbçi ölüb: “Və bu, çox kədərli hadisədir”.

ABŞ prezidenti bu hadisəyə görə məsuliyyəti Dəməşqin üzərinə atıb.

Xatırladaq ki, sentyabrın 17-si Moskva vaxtı ilə saat 23:00-da Rusiyaya məxsus İl-20 təyyarəsi Suriya üzərindən uçan zaman radarlardan itib. Həmin vaxt İsrailə məxsus dörd ədəd F-16 qırıcısı Latakiyanı bombardman edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə S-200-dən atılmış raketlə vurulub. Hadisə zamanı 15 rusiyalı hərbçi ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru