İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək

19-09-2018, 19:00           
 İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək
İŞİD lideri Əbubəkr əl-Bağdadinin müavini İsmail əl-İsavi haqda edam hökmü çıxarılıb.

SalamNews Sumariya Agnetliyinə istinadla xəbər verir ki, Bağdadın əl-Kərəx rayonunun Cinayətlər Məhkəməsi Əbubəkr əl-Bağdadinin müavini İsmail əl-İsavi haqda edam hökmü verib.

Məlumata görə əl-İsavi Əl-Bağdadidən sonra İŞİD-in 5-ci adamı hesab edilirdi. O İŞİD-in fətva bölməsi, təlim bölməsini və sair mühüm işləri öhdəsinə götürüb.

Qeyd edək ki, İsmail əl-İsavi İraqdan sonra Suriyaya daha sonra isə Türkiyəyə qaçıb. İraq hökuməti onu Türkiyə Kəşfiyyatının köməyi ilə ələ keçirə bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru