Avropanın ən yüksək həyat səviyyəsinə sahib ölkəsi bəlli oldu

19-09-2018, 19:22           
Avropanın ən yüksək həyat səviyyəsinə sahib ölkəsi bəlli oldu
Avropanın ən yüksək həyat səviyyəsinə sahib ölkəsi bəlli olub. Düsseldorf şəhərində fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan İnkişafı İndeksini nəzərə alaraq formalaşdırdığı dövlətlərin reytinqinə Norveç rəhbərlik edib. Almaniya bu siyahıda beşinci yerdə qərarlaşıb. Bu barədə məlumat BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən açıqlanan illik hesabatda verilib.

Siyahı dövlətin sağlamlıq göstəriciləri, akademik sahədə vəziyyət və orta gəlirə dair məlumatlar əsasında formalaşır. İndeks adambaşına düşən ümumu daxili məhsul (ÜDM), orta ömür müddəti və təhsil səviyyəsi əsasında hesablanır.

Siyahıda liderlər arasında bu il İsveçrə, Avstriya və İrlandiya da yer alıb. Ümumiyyətlə, İrlandiya bu dəfəki siyahıda kəskin artım əldə edib. Ekspertlər qeyd edirlər ki, 2012-ci ildən 2017- ci ilə qədər olan dövrdə İrlandiya inkişaf etməklə mövqeyində 13 pillə yüksəlib.

Mənfi dinamikanı isə hərbi münaqişə olan ölkələr – Suriya ( 155) , Livan ( 108) və Yəmən (178) nümayiş etdirib. Argentina və Omandan sonra Rusiya 49-cu mövqedə qərarlaşıb.

Ümumilikdə ekspertlər son illərdə indeksin müsbət dinamikasını qeyd edirlər. 189 ölkənin adının olduğu siyahıya ancaq 38 ölkə indeksin aşağı göstəricilərilə daxil olub. Onların arasında Nigeriya, Mərkizi Afrika Respublikası və Cənubi Sudan da var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.