Rusiya Avropa Şurasını tərk edir: "Dörd ildir danışıqlar gedir, amma...”

20-09-2018, 20:32           
Rusiya Avropa Şurasını tərk edir: "Dörd ildir danışıqlar gedir, amma...”
"Rusiya Avropa Şurasından çıxmaq qənaətinə gəlib".

Teref.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye ilə görüşündə bildirib.

"Tam səmimi deyirəm, artıq Avropa Şurasından çıxmağı düşünürük. Dörd ildir danışıqlar gedir, amma heç bir irəliləyiş yoxdur”, - o deyib.

Qeyd edək ki, Rusiya Krımı ilhaq etdiyinə görə 2014-cü ildən AŞPA-da bir sıra səlahiyyətlərindən məhrum edilib. Buna cavab olaraq Rusiya qurumun iclaslarında iştirakını dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru