Avtomobil nəhəngindən gözlənilməz İRAN QƏRARI

20-09-2018, 20:40           
Avtomobil nəhəngindən gözlənilməz İRAN QƏRARI
Almaniyanın avtomobil nəhəngi “Volksvagen” ABŞ-ın Tehrana tətbiq elədiyi birtərəfli sanksiyalar səbəbindən İrandakı fəaliyyətinin böyük bir qismini dayandıracaq.

“Blumberq”in amerikalı məmuru istinad elədiyi xəbərə görə, İrana birtərəfli sanksiyalar tətbiq eləyən ABŞ rəhbərliyi alman şirkətini sanksiyalara qoşulmağa razı salıb.

ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell “Volksvagen”i İrana qarşı sanksiyalarda iştirak eləməyə razı salmaq üçün şirkət rəhbərliyi ilə uzunmüddətli görüşlər keçirildiyini bildirərək deyib: “Volksvagen” İrana qarşı sanksiyalara qoşulacağını söylədi. Bu qərar bizi məmnun etdi. İran iqtisadi mənbələrini xalqına yönəltmək əvəzinə, qlobal qeyri-sabitlik yaratmağa xərcləyir”.

“Volksvagen” şirketi məsələ ilə bağlı açıqlama verməyib.

ABŞ-ın avqustun 7-dən bəri tətbiq eləməyə başladığı İrana qarşı sanksiya paketinin ilkin hədəflərindən biri ölkə vətəndaşlarının ən böyük məşğulluq sahəsi olan avtomobil sektorudur.

Avropalı avtomobil istehsalatçılları: “Peugeot”, “Renault”, “Citroen” və “Daimler” kimi şirkətlər Avropa İttifaqının şirkətləri ABŞ-ın İrana sanksiyalarından qoruma çətiri altına alan “Əngəlləmə qanunu” qəbul eləməsinə rəğmən, Tehran ilə ticarəti dayandırıblar.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.