Sudanda hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var 22-09-2018, 06:55 Sudanın Hərbi Hava Qüvvələrinə məxsus "K-8" təyyarəsi qəzaya uğrayıb."Report"un məlumatına görə, bu barədə "Sudan Tribune" ordunun briqada generalı Əhməd Xalif əş-Şama istinadən xəbər verib.Bildirilir ki, hadisə paytaxt Xartum şəhəri yaxınlığında təlim uçuşu zamanı qeydə alınıb. Qəza zamanı 2 təyyarəçi həlak olub. İlkin ehtimala görə, təyyarənin qəzaya uğramasına qəfil yaranmış texniki çatışmazlıq səbəb olub. Facebook-da paylaş