İranda hərbi paradda törədilən terror aktı qurbanları ilə əlaqədar matəm elan edilib

24-09-2018, 07:03           
İranda hərbi paradda törədilən terror aktı qurbanları ilə əlaqədar matəm elan edilib
İran hökuməti Əl-Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı qurbanları ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, terror aktı qurbanlarınn dəfn günü milli matəm günü elan olunub. İran hökuməti terror aktı nəticəsində ölənlərin və xəsarət alanların ailələrinə başsağlığı verib.

IRNA agentliyinin məlumatına görə, terror aktına görə məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqədə olan "Əl-Əhvazın vətənpərvər ərəb demokratik hərəkatı" üzərinə götürüb.

İran prezidenti Həsən Ruhani bildirib ki, paradda törədilmiş terror aktında ABŞ-ın və Fars körfəzinin cənub ölkələrindən birinin əli var.

Terrorçuların parad iştirakçılarını atəşə tutması nəticəsində 28 nəfər həlak olub, daha 60 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru