Moldovada şok - Prezident məhkəmənin qərarı ilə vəzifəsindən uzaqlaşdırıldı

24-09-2018, 16:20           
Moldovada şok - Prezident məhkəmənin qərarı ilə vəzifəsindən uzaqlaşdırıldı
24 Sentyabr 2018 [13:35]
Moldova Prezidenti İqor Dodon Konstitusiya Məhkəməsinin qərarı ilə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, Demokrat Partiyasının parlament qrupu tərəfindən göndərilən sorğudan sonra verilən bu qərar parlament sədrinin ölkə başçısını əvəz edərək səhiyyə, sosial müdafiə və ailə işləri, kənd təsərrüfatı, bölgələrin inkişafı və ətraf mühitin mühafizəsi nazirlərini təyin etməsinə yönəlib.

Qeyd edək ki, İ.Dodon sözügedən vəzifələrə baş nazirin təqdim etdiyi namizədləri rədd etmişdi. Qanuna görə, ölkə prezidenti baş nazirin təqdim etdiyi namizədləri yalnız bir dəfə rədd etmək hüququna malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru