Ukrayna gəmiləri Rusiya sahillərində İRƏLİLƏYİRLƏR

24-09-2018, 20:18           
Ukrayna gəmiləri Rusiya sahillərində İRƏLİLƏYİRLƏR
Ukraynanın Müdafiə Nazirliyinin iki hərbi gəmisi Rusiya sularında irəliləməyə davam edir. Gəmilər Kerç boğazında tikilmiş Krım körpüsünün altından keçiblər.

Ukraynada 2014-cü ildə başlanan vətəndaş müharibəsindən sonra aralarındakı münasibətlər müharibə dərəcəsinə çatan Ukrayna ilə Rusiya üçün yeni bir gərginlik səbəbi ortaya çıxıb. Ukrayna Müdafiə Nazirliyinin 2 ədəd hərbi gəmisi vətəndaş müharibəsi başlayandan sonra ilk dəfə olaraq, Rusiya sularına daxil olub.

2013-cü ildə Ukrayna ilə Rusiya arasında imzalanmış qarşılıqlı sahil sularında sərbəst keçid protokoluna görə, Azov dənizi ilə Kerç boğazlarından keçərkən hər iki ölkə bu hüquqlardan istifadə edə bilirdi. Ukraynada başlanan vətəndaş müharibəsindən sonra, indiyə qədər Ukrayna bu istiqamətdə keçid tələbi irəli sürməmişdi.

Ukrayna gəmiləri Rusiyanın yeni rəmzi körpülərindən olan Krım körpüsünə çatdıqdan sonra Kerç boğazını keçməyə davam ediblər. Gəmilər Krım sahillərinə daxil olduğu zamandan etibarən Rusiya donanması və sahil təhlükəsizliyi gəmiləri tərəfindən təqib edilərək nəzarətdə saxlanılıblar.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru