RF Müdafiə Nazirliyi: İsrail aviasiyasının hərəkətləri mülki təyyarələri də təhdid edə bilərdi

25-09-2018, 07:26           
RF Müdafiə Nazirliyi: İsrail aviasiyasının hərəkətləri mülki təyyarələri də təhdid edə bilərdi
İsrail qırıcılarının Suriya sahillərindəki hərəkəti təkcə hərbi deyil, həm də mülki, eləcə də, sərnişin təyyarələrini təhdid edə bilərdi.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

"Bir daha qeyd edirəm ki, İsrail qırıcılarının sentyabrın 17-si axşam etdiyi təxribat xarakterli hərəkətləri Xmeymim aerodromunun təkcə hərbi deyil, mülki sərnişin təyyarələrinin enişə daxil olduğu trass ərazisində həyata keçirilib", — deyə o, Moskvada keçirilən brifinqdə bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "İl-20" təyyarəsini İsrail qırıcısını nişan alan Suriya raketi vurub. Moskva qəzaya görə bütün məsuliyyəti İsrail Hərbi Hava Qüvvələrinin üzərinə qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru