Mərakeş hərbçiləri Aralıq dənizində miqrant gəmisinə atəş açıblar

26-09-2018, 07:28           
Mərakeş hərbçiləri Aralıq dənizində miqrant gəmisinə atəş açıblar
Mərakeşin Kral Dəniz Donanmasının (KDD) Aralıq dənizində keşik çəkən döyüş bölmələri çərşənbə axşamı qeyri-leqal miqrantların olduğu sürətlə üzən gəmiyə atəş açıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin (DİN) yaydığı kommünikedə deyilir.

"KDD qüvvələri İspaniya vətəndaşının Mərakeş sularında idarə etdiyi sürətlə üzən gəmiyə atəş açmaq məcburiyyətində qalıblar", - deyə bəyanatda qeyd olunur.

DİN-in məlumatına görə, atəş gəminin xəbərdarlıq işarəsinə məhəl qoymamasından sonra açılıb.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli odlu silah yaraları alıb. Bəzi məlumatlara görə, 1 qadın miqrant ölüb. Yaralılar Mdik-Fnidek prefekturasının əyalət xəstəxanasına yerləşdiriliblər.

Bildirilir ki, saxlanılan gəmidə qeyri-leqal miqrantlar olub. Gəmini idarə edən İspaniya vətəndaşı saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru