Fed faiz qərarını açıqladı - SON DƏQİQƏ

26-09-2018, 22:43           
Fed faiz qərarını açıqladı - SON DƏQİQƏ
ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən Sentyabr ayı toplantısı başa çatdı.

Fed rəsmiləri bu toplantıda pul siyasəti faizi olan federal maliyyələşdirmə faizini gözlənildiyi kimi 1.75 - 2.00 faiz aralığından 2 - 2.25 faiz aralığına qaldırdı.

Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı.

“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) uçot dərəcəsini gözənildiyi kimi 0,25 faiz bəndi artıraraq 2% - 2,25% aralığına qaldırıb.

Beləliklə, Fed 2018-ci ildə 3 dəfə faiz artırdı. Fed 2017-ci ildə üç dəfə faiz artırmışdı.

Federal Açıq Bazar Komitəsinin (FOMC) Sentyabr toplantısında faizin artırılacağı gözlənilirdi. Əvvəlki (25 bənd) faiz artımı İyun ayı toplantısında həyata keçirilmişdi.

İnvestorların diqqəti Fed-in 2018-ci ilə 4-cü dəfə faiz artırıb-artırmayacağın üzərindədir. Fed-in Dekabrda da faiz artıra biləcəyi ehtimal olunur.

Fed sədri Cerom Pauell Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mətbuat konfransında açıqlamalar verib və jurnalistlərin suallarını cavablandıracaqdır.

Fed-in faiz qərarından sonra Dollar ucuzlaşıb. Bakı vaxtı ilə saat 22:04-də Avro/dollar məzənəsi 1.1792 səviyyəsinə qalxıb. Dollar Avro qarşısında 0,2% ucuzlaşıb. Məzənnədə əsas hərəkətlilik Fed sədrinin çıxışı zamanı gözlənilir.

Bazarlar Fed-in faiz artıracağını gözləyirdi və bu ehtimal indiyədək məzənnələrdə əks olunmuşdu. Əsas məsələ Fed-in Dekabrda faiz artırıb-artırmayacağıdır. Əgər Fed Dekabr ayında da faiz artıracağına işarə edərsə, Dollar bahalaşa bilər.

Fed 2019-da 3 dəfə faiz artıracağını nəzərdə tutur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.