1 milyon dollar mükafatlı riyazi sual həll olundu

27-09-2018, 22:27           
1 milyon dollar mükafatlı riyazi sual həll olundu
Maykl Atiyah “Riyaziyyatın Nobeli” adlandırılan Abel mükafatı və Fields medalının sahibidirBanner
Son günlər elm dünyası ingilis professor Maykl Atiyahın açıqlamasından danışır. Çünki o, 160 ildir həll olunmayan və həll edənə 1 milyon dollar qazandıracaq problemi həll edib. Teref.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, tənliyə tapdığı həlli “Heydelberq Laureatları Forumu”nda elm dünyasına təqdim edib. Məlumat üçün bildirək ki, Maykl Atiyah “Riyaziyyatın Nobeli” adlandırılan Abel mükafatı və Fields medalının sahibidir. “1 milyon dollar mükafatlı riyaziyyat problemi” tənliyi adını 1859-cu ildə hipotezi təqdim edən alman riyaziyyatçı Bernard Riemanndan alır. “Rieman hipotezi” rəqəmlərin bölgüsü yönündən açıqlaması baxımından olduqca böyük əhəmiyyət daşıyır. Hipotez və ya fərziyyə elmi üslubda hadisələr arasında əlaqələr qurmaq və onları bir səbəbə bağlamaq üçün hazırlanan təklifdir. Bu sahədə bu günə qədər tapılmış “baş rəqəm”lər (Prime number) 23, 249, 425 ədədləridir. Qeyd edək ki, “Great İnternet Mersenne Prima Search” (GIMPS) təşkilatı da internet üzərindən könüllülərin kompüterlərini istifadə edərək əsas “baş rəqəm”i axtarır. Ən böyük “baş rəqəm” 26 dekabr 2017-ci ildə Conatan Peys adlı könüllünün kompüteri vasitəsilə müəyyən edilib. “Rimann hipotezi” isbat olunarsa, “baş rəqəm”lərə çatmaq daha asan və kriptologiya sahəsində yeni kəşflərə səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru