Saakşvili Poroşenkonu “bazar alverçisi” adlandırıb

1-10-2018, 07:49           
Saakşvili Poroşenkonu “bazar alverçisi” adlandırıb
Ukrayna prezidenti xalis bazar alverçisidir. O, dövlətə xəyanət və korrupsiyaya görə həbs olunmalıdır. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş preizidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili söyləyib.

Saakaşvilinin fikrincə, Poroşenko Ukraynada vaxtilə Boqdan Xmelnitski və Mazepa kimi qəhrəmanlıq edə bilərdi. Lakin o, bunu bir neçə milyard dollara dəyişib.

“Bu adam Avropanın yeni Çörçilli olmağa namizəd idi. Mən onun ambisiyalarına inanırdım. Lakin onun ambisiyaları Bessarabiya bazarının (Kiyevin məşhur bazarlarından biridir-red.) alverçisinin ambisiyasından o yana getməyib.

Poroşenkonun hakimiyyət illəri Ukrayna üçün itirlimiş zamandır. Ölkənin milyonlarla vətəndaşı perspektiv görmədikləri üçün ölkəni tərk ediblər”, Saakişvili bildirib.


Gürcü lider Poroşenkonun yaxın gələcəkdə dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısında dayanacağı proqnozunu da verib. Buna görə Saakaşvili Poroşenkoya tezliklə özünə yaxşı vəkil axtarmağı da məsləhət görüb.

Hazırda Niderlandda yaşayan keçmiş prezident Ukraynaya Poroşenko hakimyyətdən getdikdən sonra qayıdacağını söyləyib.
Saakşvili tərəfindən yaradılan “Yeni qüvvələrin Ruxu” partiyası Pyotr Poroşenkonun impiçmenti ilə bağlı imza toplamağa başladıqlarını bəyan etmişdi.
Xatırladaq ki, bu ilin martında prezident Poroşenko Saakaşvili ilə keçmiş hərbçi və Ali Radanın deputatı Savçenkonun ölkədə dövlət çevrilişinə hazırlığının üstünü açıldığını və bu ifşa əməliyyatının xüsusi xidmət orqanlarının dərslikərinə düşəcək dərəcədə incəliklə hazırlandığını bildirmişdi.


“Şərəfsiz və ləyaqətsiz ucuz yalançı! Əgər həqiqətən məni ifşa etmisinizsə, o zaman bunu axıra qədər başa çatdırın. Məni Ukraynaya buraxın və məhkəmədə dediklərinizi sübut edin. Əvvəlcə mən özümü məhkəmədə müdafiə edəcəm, sonra prezident Poroşenko üzərində keçiriləcək məhkəmədə şahidliyimi həyata keçirəcəm. Poroşenko mənə görə narahat olmasın, mən artıq tarixin dərsliklərinə ləyaqətlə düşmüşəm. Bu anlamazın isə adı ancaq məhkəmə və kriminal xronikasında anılacaq ”, gürcü lider özünün facebook səhifəsində bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.