İran 600 km məsafədən İŞİD-in Suriyadakı mövqelərini ballistik raketlərlə vurub - VİDEO

1-10-2018, 10:02           
İran 600 km məsafədən İŞİD-in Suriyadakı mövqelərini ballistik raketlərlə vurub - VİDEO
İran İslam İnqilabının Keşikçilər Korpusu ölkənin Kermanşah əyalətindən Suriyada İŞİD-in mövqelərinə 6 ədəd ballistik raket atıb

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bu barədə Sepah bəyanat verib.

Bildirilib ki, bu gün sübh 6 ədəd ballistik raket Suriyada Fəratın şərqindəki İŞİD mövqelərinə atılıb.

Məlumata görə 750 km–lik “Zülfüqar” və 800 km-lik “Qiyam” ballistik raketləri 570 km məsafədə yerləşən İŞİD mövqelərini dəqiqliklə hədəfə alıblar.

Sepahın bəyanatından bildirilib ki, bu ballistik zərbələr Əhvazda hərbi parada edilən hücuma cavab olaraq həyata keçirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru