İranın Suriyaya endirdiyi ballistik zərbələrində İŞİD liderlərindən biri məhv edilib

1-10-2018, 19:51           
İranın Suriyaya endirdiyi ballistik zərbələrində İŞİD liderlərindən biri məhv edilib
İran İslam İnqilabının Keşikçilər Korpusunun bu gecə Suriyada Fəratın şərqinə endirdiyi ballistik raket və hərbi pilotsuz təyyarələrinin zərbələri nəticəsində İŞİD-in birinci dərəcəli liderlərindən olan Əbu-Əli əl-Məşhədani məhv edilib.

SalamNews bu barədə əl-Aləm telekanalına istinadla xəbər verir.

Bildirilib ki, vaxtilə İŞİD-in Mosul bölgəsi üzrə təhlükəsizlik rəhbəri olmuş əl-Məşhədani Sepahın ötən gecə Fəratın şərqindəki əs-Susə kəndinə endirdiyi zərbələrdə məhv edilib.

Məlumata görə zərbələr həm ballistik raketlərlə həm də hərbi pilotsuz təyyarələrlə bölgədə İŞİD üzvlərinin olduğu bir ibtidai məktəbin binasına endirilib.

Bir neçə zərbə də Fəratın şərqində İŞİD nəzarətində olan Həcin qəsəbəsində silah anbarlarına endirilib.

İran tərəfi bu zərbələrdə minimum 20 İŞİD üzvünün öldüyünü bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru