Qarabağ döyüşçülərinə ögeylik nədən yaranır - Döyüşçüləri bağışlamaq olarmı?

19-03-2019, 10:14           
Qarabağ döyüşçülərinə ögeylik nədən yaranır - Döyüşçüləri bağışlamaq olarmı?
Axırı, bu Novruz gözlənilən əfv sərəncamı gözləntiləri doğrultdu. Ömürlük azadlıqdan məhrum edilənlərdən müddətli cəza əfvinə düşənlər də oldu, “ müddətdən artıq “ cəzalarla ömürlük həbsdən çıxmayacaqlarını gözaltı edənlər də azadlığına qovuşdu. Bircə Qarabağ döyüşlərində canlarını qoyanlar prezident imzasından qıraqda qaldı . Növbəti dəfə! Nə Asif Yusifli, nə Babək Həsənli, nə Əfqan Muxtarlı, nə Saleh Rüstəmli, nə də ömürlük həbsə məhkum edilən “omonçu” lar yada düşdü.

Deyə bilərsiniz, əfv komissiyasında “adamları” olmayıb? Axı, deyilənə görə, dindarların siyahıya salınmasında Şeyx Allahşükür Paşazadənin, qadınların əfv olunmasında Aynur Sofiyevanın əməyi az olmayıb. Bəs komissiyanın əlil üzvü , Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev döyüş yoldaşlarını niyə unudub? Bəs digər əlil, veteran qurumları, media orqanları niyə susur? Əlillərin problemlərini diqqətdə saxlayan “Tərəf.az” saytının başqanı Qazi Nurəddin Xocanın özünü etmədiyi cinayətə görə şərti cəzaya sürükləyirlər , “qazilər”in səsi çıxmır. Belə qazılıq-hakimlik, belə qazilik-məhkumluq olar?

Bu “omonçu”lar “ Hacının bandası”ndan da qorxulu oldular? 24 ildir cəza çəkirlər, bəs deyil ? Təxribatın qurbanı olan Seymur Həzinin siyahıdan qıraqda qalmasının nədəni də “döyüşçü ailəsi” statusu daşımasıdır. Döyüş dostumuz Tofiq Yaqublunun kəskin qınaqları kürəkəninin qapısının açılmasına hasar olub. Hələ bu qınağa görə özünü də kürəkəninə kamera yoldaşı etməyiblər, şükür.

Ha baş sındırıram, Qarabağ döyüşçüərinə ögeyliyin nədən qaynaqlandığını tapa bilmirəm.

Prezidentin masasına, imzasına Qarabağ qazilərini qıymayan kimlərdir? Qarabağ əlillərinin “qanpulu”su bir yana, vermirsiz -verməyin, heç olmasa, canlarının qazamatda çürüməsini bağışlamaq olmaz? !

MƏĞRUR BƏDƏLSOY












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru