MTN-in daha 3 rəisi işdən çıxarıldı

14-11-2015, 08:01           

MTN sistemindəki kadr islahatları davam etməkdədir. Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən şəxsin bu gün imzaladığı əmrlə MTN-in İsmayıllı və Daşkəsən rayon şöbələrinin rəisləri də tutduqları vəzifələrdən azad ediliblər. Bundan bir neçə gün öncə isə MTN-in Nərimanov rayon şöbəsinin rəisi işdən azad olunub.

Bütövlükdə isə MTN-in keçmiş rəhbərliyinin işdən azad olunmasından və ifşa edilməsindən sonra nazirliyin 120 əməkdaşı bu sistemdən xaric edilib. Onların 80 nəfəri sabiq nazir Eldar Mahmudovun yaxın qohumları və dostları olub. (virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru