Bun gün Isaxan Aşurovun doğum günüdür......
31-07-2019, 15:58
Vətəni bizə sevdirənlər...
Bu gün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü ,müxalifətin dostu gözəl insan,tanınmış vəkil, hərtərəfli dünyagörüşünə malik ziyalı ,köməksizin dayağı, haqsızın düşməni İsaxan Aşurovun doğum günüdür...
O, vuruşub. Vətənin mərd əsgəri olub. O, sülh dövründə də ədalətsizliklərlə vuruşaraq insanlara əl tutub. İsaxan bəy Müsavat Partiyasının, onun Məclisinin üzvü, hüquq komitəsinin sədri idi. Çox prinsipial, ədalətli bir insan idi.
...Vəfat etdiyi gün isə güclü yağış yağmasına baxmayaraq, olduqca izdihamlı keçən dəfn mərasimində onun son vəsiyyəti də açıqlandı ... İsaxan Aşurov vəsiyyətində yazıbmış ki, onu dəfn edərkən başı üstündə şair Ramiz Rövşənin “Qara paltarlı qadın” şeri oxunsun....Oxundu da...! Rəhmətlik Almas Aşurov mərhumun son vəsiyyətini yerinə yetirdi.
Yox ,o ,ölməyib ... İsaxan Aşurov Migel Asturiasın məşhur “Dəfn edilmişin gözləri” əsərindəki qəhrəman kimi qəbirdə gözüaçıq yatıb....Hamımızı ,hər şeyi görür və deyir :
Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Neynəmək olar, taleyin hökmü beləymiş, qismət bura qədərmiş. Bu gün biz, İsaxan Aşurovun yapışıqlı bariton səsini, şaqraq gülüşünü daha eşidə bilmirik, onunla kəlmələşə bilmirik... Ancaq Isaxanlı xatirələrlə kəlmələşir ,xatırlayırıq ...
Allah Rəhmət Eləsin ...
Ps.Hərdən adama elə gəlir ki, həyatda mənası olan yeganə hadisə elə ölümün özüdü..
Baba Allahnezerov