“Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar” - Rövşən Rzayev

13-09-2019, 17:33           
“Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar” - Rövşən Rzayev
“Çıraqovlar və digərləri Ermənistana qarşı” prosesini davam etdirmək olar”.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə ədalətli mövqe tutub: “Məhkəmə bununla bağlı 2015-ci ildə qərar da qəbul edib. Düşünürəm ki, bu prosesi davam etdirmək olar. Amma bundan qabaq beynəlxaq qurumlar Dağlıq Qarbağ məsələsi ilə bağlı ədalətli mövqedən çıxış etməlidir. O cümlədən, ATƏT-in Minsk qurpunun həmsədri olan dövlətlər işğala son qoyulması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb etməlidir. Ondan sonra biz digər məsələlərlə bağlı müzakrələr apara bilərik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru