Bu gün Rafiq bəy İsmayılın anım günüdür
5-10-2019, 10:06
Bu gün Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvlərindən birinin .1960-cı illərdən başlayaraq Müsavat ideyalarının Azərbaycanda yayılmasında böyük rol oynayan 1992-1993-cü illərdə Azərbaycan Respublikası prezidenti Əbülfəz Elçibəyin humanitar məsələlər üzrə dövlət müşaviri olmaqla ,uzun müddət BDU-da müəllimlik fəaliyyəti göstərən və dünyasını məhz Beynəlxalq Müəllimlər günündə dəyişən Rafiq bəy İsmayılın anım günüdür
Rafiq İsmayılov 1939-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub.
1959-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olub və buranı 1964-cü ildə fərqlənmə ilə bitirib.
1964-1967-ci illərdə SSRİ İqtisadi əlaqələr komitəsinin xətti ilə Sudanda və Yəməndə ərəb dili tərcuməçisi kimi çalışıb. 1968-ci ildən BDU Şərqşünaslıq fakültəsində ərəb dili müəllimi, 1971-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent olub. 1978-1986-ci illərdə Tarix fakültəsinin dekan müavini olub.
Qeyd edək ki, Rafiq bəy İsmayıl Elçibəyin Türkiyə təmsilçisi olmuş Xanım İsmayılovanın həyat yoldaşı, hazırda Türkiyədə yaşayan tanınmış Pr. Dr. Toğrul İsmayılın atasıdır.
Əqidəsinə sadiq mübariz müsavatçı, haqq yolundan dönməyən, yüksək savadı və intellekti ilə seçilən Rafiq bəy İsmayıl bütün şüurlu həyatı boyu istiqlalın və azadlığın, haqqın və ədalətin yanında durmağı bacardı. Rafiq bəyin xatirəsi onun əqidə dostlarının, tələbələrinin və müsavatçıların qəlbində daim yaşayacaq.
Ruhu şad tini uçmaq olsun!
Baba Allahnezerov
Teref.az