Macarların damarında türk qanı axır - Orban

16-10-2019, 09:17           
Macarların damarında türk qanı axır - Orban
Mən qıpçaqların böyük dostu Qazaxıstanın birinci Prezidenti Nazarbayevi ali mükafat alması münasibətilə təbrik etmək istəyirəm. Burada iştirak edənlərin heç də hamısı bəlkə də bilmir ki, Macarıstanda qıpçaqlar yaşayır və macarların çoxunun damarlarında qıpçaq qanı axır. Onların hətta öz bələdiyyəsi, özünüidarə orqanları da var. Cənab Prezident Nazarbayev macar qıpçaqlarının fəxri prezidentidir. Hər il qıpçaqlar iclas keçirəndə biz onu Macarıstandan salamlayırıq. Cənab Prezident, Sizi ali mükafat münasibətilə bir daha təbik edirik.

Axar.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Baş nazir ilk dəfə Qırğızıstanda Türk Şurasının iclasında iştirak etdiyini bildirib:

“Artıq beş ildir ki, biz Parlament Assambleyasının üzvüyük və Türk Akademiyasında müşahidəçi qismində iştirak edirik. Biz Türk Şurasına müşahidəçi qismində qoşulmuşuq, çünki biz həm nə isə almaq, həm də nə isə vermək istəyirik. Bu gün biz macarlar bu Şuraya Avropaya və Avropa İttifaqına qoşulmağımızı təklif edə bilərik. Buna görə də son aylarda biz Türk Şurasının Avropa nümayəndəliyini yaratmışıq və Sizin Xarici İşlər nazirləri ilə birlikdə Budapeştdə bu daimi nümayəndəliyi açmışıq. Bu daimi nümayəndəlikdə iqtisadi forumlar və müxtəlif mədəni tədbirlər keçiriləcək. Bu işə mümkün qədər tezliklə başlamaq üçün sizin nümayəndə heyətlərini ehtiramla gözləyirik. Cənab prezidentlər, sizə təşəkkür edirəm ki, bu gün bu barədə saziş imzalamağa razılıq vermisiniz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.